Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bugün yeri dəyişdirilən icra başçıları - TAM SİYAHI

Bugün yeri dəyişdirilən icra başçıları - TAM SİYAHI

Tarix: 12 Noyabr 2025 14:42

Prezident İlham Əliyev bəzi icra başçıları ilə bağlı sərəncamlar imzalayıb.

Sonxeber.net xəbər verir ki, Prezidentin Sərəncamları ilə Nəsimi,Göyçay, Balakən, Qax, Göygöl və Kürdəmir rayonlarına yeni icra başçıları təyin edilib: 

Tam siyahını sizə təqdim edirik:

Elxan İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib, onun yerinə isə Elşən Həsənli təyin edilib Elxan İbrahimov isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Natiq Ağayev Göyçayın icra başçısı vəzifəsindən azad edilib, onun yerinə isə Gədəbəydəkli eyni vəzifəsindən azad olunan Orxan Mürsəlov təyin edilib.  Natiq Ağayev isə Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Elvin Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Qaxa icrabaşçısı təyin edilib. Vüqar Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygölə icra başçısı təyin edilib.

Qeyd edək ki, bugün həm də Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Onun yerinə Ceyhun Cəlilov təyin edilib.

Aysel Əkbər


Etiketlər:  Bugün yeri dəyişdirilən icra başçıları SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ