Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2025 16:50
Müğənni Şəbnəm Tovuzlu şəxsi həyatı və sənət fəaliyyəti ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib.
Sonxeber.net xəbər verir ki, sənətçi "Öz aramızda" verilişində yaşadığı qalmaqalların psixoloji təsirlərindən danışıb.
"Elə ailədə böyümüşəm ki, atamın anamı vurduğunu görməmişəm. Gözəl ailədə boya-başa çatmışam. Özüm də dava-dalaşı sevməmişəm. Amma istəmədən qalmaqalların içində tapırdım özümü. Sonra anladım ki, bu şeylərə görə özünə ziyan etmək olmaz. Qalmaqallar mənə çox pis təsir etdi, hətta müalicə almağa məcbur qaldım".
Şəbnəm Tovuzlu sözlərinə əlavə edib ki, indi artıq sakit və pozitiv həyat tərzini üstün tutur və sənətinə yönəlməyə çalışır.
İzləyicilər müğənninin bu etiraflarını səmimi qəbul ediblər.
Musa