Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2025 17:42
Ailəsində yaşadığı çətinliklər səbəbindən 5 övladını sığınacağa yerləşdirmək məcburiyyətində qalan qadın "Səni Axtarıram" verilişinə müraciət edib.
Sonxeber.net xəbər verir ki, Xoşqədəm Baxşəliyevanın aparıcılığı ilə yayımlanan proqramda qadın həyat yoldaşının içki aludəçisi olduğunu və uşaqlarına baxa bilmədiyi üçün belə bir qərar verdiyini bildirib.
O, efirdə göz yaşları içində yaşadığı ağır vəziyyətdən danışıb: "Uşaqlarıma baxa bilmirdim, həyat yoldaşım içir, evdə daim davadır".
Proqramın ekspertləri isə qadının bu addımını tənqid ediblər. Onlar hesab ediblər ki, ana istənilən halda övladlarını tərk etməməli, onların qayğısını öz üzərinə götürməli idi.
Xoşqədəm Baxşəliyeva isə qadına dəstək göstəriləcəyini, məsələnin sosial xidmət orqanları ilə birlikdə araşdırılacağını bildirib.
Hazırda məsələ sosial şəbəkələrdə də müzakirə olunur. Bir qisim izləyicilər qadına anlayışla yanaşsa da, digərləri onun addımını düzgün saymayıb.
Musa