Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Krivotsyuk sualları azərbaycan dilində cavablandırdı - VİDEO

Krivotsyuk sualları azərbaycan dilində cavablandırdı - VİDEO

Tarix: 13 Noyabr 2025 00:58

Millimizin ukraynalı futbolçusu Anton Krivotsyuk DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə oyun öncəsi keçirilən mətbuat konfransında Azərbaycan dilində danışaraq diqqət çəkib.

Sonxeber.net xəbər verir ki, Krivotsyuk jurnalistin "Azərbaycan dilini haradan öyrənmisən?" sualına belə cavab verib:

"Haradasa iki il Azərbaycan dili öyrənmişəm. Uzun müddət danışmırdım, indi şansım var ki, danışıram".

Ukraynalı müdafiəçi həmçinin qarşıdakı oyunla bağlı fikirlərini də bölüşüb:

"Rəqibimizi yaxşı tanıyırıq. Heyətlərində kreativ futbolçular var. Bizi çətin oyun gözləyir, amma biz hazırıq və yaxşı performans göstərəcəyimizə inanırıq".

Krivotsyuk bildirib ki, Ayxan Abbasovun komandaya gəlişindən sonra millidə müsbət ruh hökm sürür:

"Hamı görür ki, bizdə kollektiv, ruh var. Çalışırıq ki, nəticə gətirək. İnanıram ki, sabah bunu göstərəcəyik".

Qeyd edək ki, Azərbaycan - İslandiya qarşılaşması sabah saat 21:00-da "8-ci km" stadionunda keçiriləcək.


Etiketlər:  Krivotsyuk sualları azərbaycan dilində cavablandırdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ