Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbağça''nın 2 futbolçusunun həbsi tələb olundu

''Fənərbağça''nın 2 futbolçusunun həbsi tələb olundu

Tarix: 14 Noyabr 2025 09:46

İstanbulda "Qalatasaray" - "Fənərbağça" derbisindən sonra yaşanan qalmaqalla bağlı məhkəmə prosesində yeni tələb irəli sürülüb.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçirilən dinləmə zamanı prokuror "Fənərbağça"nın futbolçuları Ceydon Ostervolde və Mert Hakan Yandaşın həbs edilməsini istəyib.

Qalmaqallı olay ötən mövsüm Superliqanın 37-ci turunda baş tutan derbidən sonra qeydə alınıb. Prokuror yalnız futbolçuların deyil, klubun həkimi Ertuğrul Karanlığın, "Fənərbağça"nın sabiq meneceri Hulusi Belgünün və keçmiş baş məşqçi İsmail Kartalın oğlu Emre Kartalın da 1 il 3 aydan 3 il 4 ay 15 günə qədər azadlıqdan məhrum edilməsini tələb edib.

Onların "qəsdən xəsarət yetirmə" və "idman meydanlarında asayişi pozma, həmçinin idman qurğularına ziyan vurma" maddələri üzrə cəzalandırılması istənilir.

Məhkəmə tərəflərə müdafiə hazırlamaq üçün əlavə vaxt verib və növbəti iclasın 15 yanvar tarixində keçiriləcəyini açıqlayıb.

Hüseyn


Etiketlər:  Fənərbağçanın futbolçusunun həbsi tələb olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ