Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhərin mərkəzindəki bu mağaza Cabir İmanovun imiş - VİDEO

Şəhərin mərkəzindəki bu mağaza Cabir İmanovun imiş - VİDEO

Tarix: 14 Noyabr 2025 14:05

Mərhum Əməkdar artist Cabir İmanovun şəhərin mərkəzində özünə məxsus mağazası olduğu məlum olub.

Sonxeber.net xəbər verir ki, bu barədə məlumatı Əməkdar artist Bəhram Bağırzadə sosial mediada paylaşıb. O, Cabir İmanovun həmin mağazada öz əl işlərini satışa çıxardığını bildirib.

Bəhram Bağırzadə paylaşımında belə yazıb:

"Bu məkan dostumuz Cabir İmanovun ruhunun bir parçasını yaşadır. Burada gördüyünüz hər şey - 'Qarabağ', 'Şirvan', 'Naxçıvan' saatları, zərif kəlağayılar, şərflər, qalstuklar, kəpənəklər, eləcə də eksklüziv çilçıraqlar - onun dizaynıdır. Bu mağaza Cabirin böyük ürəyindən doğan ideyaların və istedadının izlərini daşıyır."

Qeyd edək ki, Cabir İmanov təxminən bir ay əvvəl idman zalında infarkt keçirərək dünyasını dəyişmişdi.


Etiketlər:  Şəhərin mərkəzindəki mağaza Cabir İmanovun imiş VİDEO


RƏYLƏR