Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya ulduzu “Qalatasaray”dan GEDİR

Dünya ulduzu “Qalatasaray”dan GEDİR

Tarix: 14 Noyabr 2025 15:04

"Qalatasaray"ın yeni transferi İlkay Gündoğanla bağlı gözlənilməz iddialar gündəmə gəlib.

Sonxeber.net-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu təcrübəli yarımmüdafiəçi üçün ciddi təklif hazırlayır. Bildirilir ki, klub Gündoğana yüksək səviyyəli müqavilə təklif etməyə hazırlaşır.

Xatırladaq ki, 35 yaşlı futbolçu mövsümün əvvəlində "Qalatasaray"la 2027-ci ilə qədər müqavilə imzalayıb.

Məlumata görə, "Əl-Əhli" artıq Gündoğanın transferi üçün rəsmi addımlar atmağa başlayıb və ulduz futbolçuya mükafatlı şərtlər təqdim etməyi planlaşdırır.

İlkay Gündoğan cari mövsümdə "Qalatasaray"ın heyətində 7 rəsmi qarşılaşmada iştirak edib, bu müddətdə 1 qol və 1 assistlə yadda qalıb.

Hüseyn


Etiketlər:  Dünya ulduzu Qalatasaraydan GEDİR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ