Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bu il benzin və dizel istehsalı artıb

Azərbaycanda bu il benzin və dizel istehsalı artıb

Tarix: 14 Noyabr 2025 22:32

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində ümumi istehsal dəyəri 4 milyard 562.7 milyon manat təşkil edib.

Sonxeber.net Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.9% artım deməkdir.

Hesabat dövründə neft məhsullarının bir sıra növləri üzrə istehsalda ciddi dəyişikliklər qeydə alınıb. Mazut istehsalı 2.1 dəfə, neft koksunun istehsalı 10.1%, qazoyl (dizel yanacağı) istehsalı 7.2%, ağ neft istehsalı isə 4.9% artıb. Bununla yanaşı, neft bitumu istehsalı 9.8%, sürtkü yağları istehsalı isə 45.6% azalıb.

Hesabat dövründə 1 225.2 min ton avtomobil benzini istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 102 % təşkil edib. Həmçinin, 582 min ton ağ neft istehsal olunub(104.9%), qazoyl (dizel yanacağı) istehsalı 2 milyard 109.3 min (107.2%) ton səviyyəsində qeydə alınıb.

Mazut istehsalı 57.6 min ton olub və əvvəlki illə müqayisədə 2.1 dəfə artım qeydə alınıb. Sürtkü yağlarının istehsalı 30.6 min ton (54.4%) olub.

Hesabat dövründə 190 min ton maye qaz (114.3%), neft koksu, neft bitumu və digər qalıqların istehsalı 634.7 min ton (66.9%) təşkil edib. Neft bitumunun istehsalı 213.7 min (90.2%) ton olub, neft koksunun istehsalı isə 191.3 min ton (110.1%) təşkil edib.


Etiketlər:  Azərbaycanda benzin dizel istehsalı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ