Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib

BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib

Tarix: 14 Noyabr 2025 23:18

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan səfirliyinin binasının raket zərbəsinə məruz qalmasını pisləyib və diplomatik binaların toxunulmazlığı prinsipini xatırladıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Baş katibin sözçüsü Stefan Düjarrik adından bəyənat yayılıb.

Bəyanatda deyilir: "Baş katib bu gün Rusiya Federasiyasının Ukraynanın bir sıra bölgələrinə endirdiyi irimiqyaslı raket və dron zərbələrini kəskin şəkildə pisləyir. Məlumatlara görə, paytaxt Kiyevdə ən azı altı nəfər və Çornomorsk şəhərində iki nəfər həlak olub.

Hücum nəticəsində mülki şəxslər arasında çoxlu sayda xəsarətlər, yaşayış və enerji infrastrukturuna, habelə Azərbaycan Respublikasının Kiyevdəki səfirliyinə ziyan dəydiyi bildirilir. Mülki əhaliyə və infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüququ pozur.

Harada baş verməsindən asılı olmayaraq, onlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Baş katib diplomatik binaların toxunulmazlığı prinsipini xatırladır. Baş katib Ukraynada ədalətli, hərtərəfli və davamlı sülhə doğru ilk addım kimi tam, dərhal və qeyd-şərtsiz atəşkəs çağırışını təkrarlayır, BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və təşkilatın müvafiq qətnamələrinə uyğun olaraq, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam şəkildə müdafiə edir".


Etiketlər:  Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib


RƏYLƏR