Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo qırmızı vərəqədən sonra onunla mübahisə edib

Ronaldo qırmızı vərəqədən sonra onunla mübahisə edib

Tarix: 15 Noyabr 2025 00:50

İrlandiya millisinin baş məşqçisi Heimir Hallqrimsson DÇ-2026-nın seçmə mərhələsində Portuqaliya ilə matçda rəqibinin hücumçusu və kapitanı Kristiano Ronaldonun qırmızı vərəqə almasına toxunub.

Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, mütəxəssis həmin epizodda 40 yaşlı forvardın onunla mübahisə etdiyini açıqlayıb:

"O, hakimə təzyiq göstərdiyim üçün mənimlə mübahisə etdi. Məhz Ronaldonun meydandakı hərəkətləri qırmızı vərəqə ilə nəticələndi. Mənim bununla heç bir əlaqəm yox idi".

Xatırladaq ki, Ronaldo görüşün 59-cu dəqiqəsində meydandan qovulduqdan sonra İrlandiya yığmasının baş məşqçisi ilə mübahisə edib.


Etiketlər:  Ronaldo qırmızı vərəqədən sonra onunla mübahisə edib


RƏYLƏR