Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan - Fransa oyununda qapımızı o, qoruyacaq

Azərbaycan - Fransa oyununda qapımızı o, qoruyacaq

Tarix: 15 Noyabr 2025 21:32

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun son oyunu çərçivəsində keçiriləcək Azərbaycan - Fransa oyununda yığmamızın qapısını qoruyacaq qolkiper bəlli olub. 

Sonxeber.net xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında qapı xəttində Şahruddin Məhəmmədəliyevin olacağını açıqlayıb. 

Xatırladaq ki, 2 gün əvvəl İslandiyaya qarşı matçda (0:2) milli komandamızın qapı xəttində Aydın Bayramov olmuşdu. Ş.Məhəmmədəliyev cəza səbəbindən matçı buraxmalı olmuşdu.

Qeyd edək ki, Azərbaycan - Fransa matçı 16 noyabr saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.


Etiketlər:  Azərbaycan Fransa oyununda qapımızı qoruyacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ