Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günay Pərvinə söz atdı: ''İnandırıcı deyil''

Günay Pərvinə söz atdı: ''İnandırıcı deyil''

Tarix: 18 Noyabr 2025 12:05

Model Günay Musayeva aktrisa Pərvin Abıyevanın "Türkiyədən təklif almışdım, şərtləri çətin idi" açıqlamasına münasibət bildirib.

Sonxeber.net xəbər verir ki, o, sənətçinin səsləndirdiyi fikirləri real hesab etmədiyini deyib:

"Uzun illərdir müxtəlif serial və filmlərdə rol alıram, amma Pərvinin bəhs etdiyi kimi şərtlərlə qarşılaşmamışam. Hər layihədə müqavilə olur, modellikdə də razılaşma imzalanır. Amma o dediyi şərtləri ilk dəfə eşidirəm, mənə inandırıcı gəlmir".

O, Pərvin Abıyevaya simpatiyası olduğunu vurğulasa da, bəzi açıqlamaların şişirdildiyini düşündüyünü əlavə edib:

"Hərdən saytlarda oxuyuram ki, guya Türkiyədən təklif gəlib, o da qəbul etməyib. İnsanlar niyə belə danışmaq məcburiyyətində qalır, anlaya bilmirəm. Ona görə də hər deyilənə inanmaq lazım deyil".

Günayın çıxışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Hüseyn


Etiketlər:  Günay Pərvinə söz atdı İnandırıcı deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ