Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahruddin bir neçə ay oynamayacaq

Şahruddin bir neçə ay oynamayacaq

Tarix: 18 Noyabr 2025 15:42

Azərbaycan yığmasının Fransaya qarşı keçirdiyi matçda zədələnən "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Sonxeber.net xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.

O bildirib ki, 31 yaşlı çərçivə qoruyucusunun sol bud çanağında zədəsi var.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində millimizin Fransaya 1:3 hesabı ilə uduzduğu oyunda zədələnmişdi və qarşılaşmanın fasiləsində Aydın Bayramovla əvəzlənmişdi.


Etiketlər:  Şahruddin neçə oynamayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ