Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sabah'' evdə ''Şamaxı''ya qalib gələ bilmədi

''Sabah'' evdə ''Şamaxı''ya qalib gələ bilmədi

Tarix: 23 Noyabr 2025 17:56

Misli Premyer Liqasının XII turunda daha bir matç keçirilib.

Sonxeber.net xəbər verir ki, "Sabah" evdə "Şamaxı" ilə üz-üzə gəlib.

"Bank Respublika Arena"da baş tutan görüş qolsuz bərabərliklə nəticələnib.

Bu nəticədən sonra "Sabah" 22 xalla turnir cədvəlinin 4-cü pilləsindədir. 14 xala malik bölgə təmsilçisi isə səkkizincidir.

Turun son matçı bu gün "Neftçi" və "İmişli" arasında keçiriləcək. Qarşılaşma "Palms Sport Arena"da saat 17:30-da start götürəcək.

Qeyd edək ki, turun daha öncə keçirilən görüşlərində "Kəpəz" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:2), "Zirə" "Qəbələ"ni (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşü isə heç-heçə nəticələnib - 1:1.


Etiketlər:  Sabah evdə Şamaxıya qalib gələ bilmədi


RƏYLƏR