Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AFFA “Sabah”a xəbərdarlıq etdi

AFFA “Sabah”a xəbərdarlıq etdi

Tarix: 25 Noyabr 2025 18:20

AFFA "Sabah" klubuna xəbərdarlıq edib.

Sonxeber.net xəbər verir ki, buna səbəb Premyer Liqanın 12-ci turunda "Şamaxı" ilə matçda tamaşaçılar tərəfindən gətirilmiş, lakin gətirilməsi qadağan olunmamış əşyaların stadiona buraxılmamasıdır.

Federasiya əşyalara qadağa qoyan Masazır klubunu eyni hal təkrar olunacağı halda cəzalandıracaq.

Qeyd edək ki, "Sabah" - "Şamaxı" oyununda meydan sahibləri stadiona təhlükəsizliyə təhdid yaratmayan ərzaqlar gətirdiyi halda onları stadiona buraxmamışdı. Bu da azarkeşlərin etirazına səbəb olmuşdu.


Etiketlər:  AFFA Sabaha xəbərdarlıq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ