Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qış xəstəliklərinə qarşı müdafiə - Gündəlik C vitamini dozası

Qış xəstəliklərinə qarşı müdafiə - Gündəlik C vitamini dozası

Tarix: 2 Dekabr 2025 06:09

Qışda immuniteti gücləndirən C vitamini bədən tərəfindən istehsal olunmadığı üçün gündəlik qidalarla qəbul edilməlidir.

Sonxeber.net xəbər verir ki, kardioloq Dr. Demet Erciyesin sözlərinə görə, C vitamini çatışmazlığı yorğunluq, zəiflik, yaraların gec sağalması və diş əti qanamaları kimi əlamətlərə səbəb ola bilər.

Gündəlik tələbat:

Kişilər: 90 mq

Qadınlar: 75 mq

Siqaret çəkənlər: +35 mq

Hamilə və əmizdirənlər: 85-120 mq

Ən yaxşı təbii mənbələr:
Portağal (70-80 mq), qırmızı bibər (100-150 mq), kivi (60-80 mq), cəfəri (100 qramda 190 mq), brokoli (40-80 mq).

Qidalanma çatışmazlığı, Kron xəstəliyi, əməliyyatlar, siqaret çəkənlər və sinqa simptomları olanlar həkim nəzarəti altında əlavə qəbul edə bilər.

Diabet xəstələri üçün:
Yüksək doza bəzi qlükometrlərdə yanlış nəticələr verə bilər - istifadə həkimlə məsləhətləşməlidir.

Gündə 2 qramdan çox qəbul ishal və böyrək daşı riskini artırır.


Etiketlər:  Qış xəstəliklərinə qarşı müdafiə Gündəlik vitamini dozası


RƏYLƏR