Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2025 10:55
Rusiyada "xarici agent" siyahısına daxil edilən məşhur reper Face (İvan Dremin) barəsində rəsmi şəkildə cinayət işi qaldırılıb.
Sonxeber.net-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə, reperlə bağlı ittiham sənədləri artıq Ufa məhkəməsinə təqdim edilib.
Qeyd olunur ki, Face 2022-ci ilin aprelində Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agent" kimi tanınıb. Hazırda ölkədən kənarda yaşayan ifaçı haqqında federal axtarış elan olunub.
Mətbuatda yazılır ki, o, 2022-ci ildən bəri sosial şəbəkə hesablarında "xarici agent" statusunu göstərmədiyinə görə dəfələrlə inzibati cərimələr alıb. İndi isə reperin bu tələbləri sistematik şəkildə pozması cinayət məsuliyyəti ilə nəticələnib.
Hüseyn