Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2025 13:16
Yaponiyanın "Kyodo" xəbər agentliyi məzmunlarının icazəsiz istifadə edildiyini bildirərək ABŞ-ın "Perplexity AI" şirkətindən təzminat tələb edib.
Sonxeber.net xəbər verir ki, agentlik iddia edir ki, şirkət "47 News" saytındakı xəbərləri icazəsiz şəkildə süni intellekt cavablarında istifadə edib və 2024-cü ilin avqustundan sayta yüz minlərlə dəfə daxil olaraq müəllif hüquqlarını pozub.
"Kyodo" eləcə də "Mainichi" və "Sankei Shimbun" qəzetləri şirkətdən pozuntulara son qoymağı, dəymiş zərəri ödəməyi və məlumatların necə toplandığını izah etməyi tələb ediblər. "Nikkei" və "Asahi Shimbun" isə buna bənzər iddia ilə ümumilikdə 30 milyon dollarlıq təzminat tələb etdiklərini açıqlayıblar.