Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızından danışan İbrahim Borçalı göz yaşları tökdü - VİDEO

Qızından danışan İbrahim Borçalı göz yaşları tökdü - VİDEO

Tarix: 2 Dekabr 2025 16:05

Tanınmış sənətçi İbrahim Borçalı qonaq olduğu "Rəngarəng" verilişində qız övladı Aysunla bağlı danışarkən duyğulu anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib.

Sonxeber.net xəbər verir ki, ifaçı verilişdə qızına olan sevgisindən söz açaraq bildirib:

"Qızım mənə deyir ki, verilişlərdə hər kəslə mübahisə etmə, əsəbləşmə. Bu gün efirdə qonaqlardan danışanda da dedim ki, hamısı mənim əzizimdir. Qızım üçün yaşayıram, o nə deyirsə, mən də etməyə çalışıram".

İbrahim Borçalı Aysunun hazırda kosmetoloq işlədiyini və eyni zamanda təhsil aldığını vurğulayıb:

"Artıq 22 yaşına keçir. Qız övladı üçün ən vacibi bəxtinin gözəl olmasıdır. Var-dövlət axtarmaq boş şeydir".

Sənətçinin bu səmimi etirafları sosial şəbəkələrdə də müsbət qarşılanıb və geniş müzakirələrə səbəb olub.


Etiketlər:  Qızından danışan İbrahim Borçalı göz yaşları tökdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ