Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”dan “Ayaks”la matçdan öncə azarkeşlərə müraciət

“Qarabağ”dan “Ayaks”la matçdan öncə azarkeşlərə müraciət

Tarix: 2 Dekabr 2025 18:08

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində dekabrın 10-u keçiriləcək "Qarabağ" - "Ayaks" qarşılaşması üçün bilet satışlarının başlanmasına sayılı günlər qalır.

Sonxeber.net xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.

Bildirilib ki, qarşılaşmanın biletləri yalnız klub tərəfindən təsdiqlənmiş rəsmi satış kanalları vasitəsilə təqdim olunacaq. Azarkeşlərdən biletləri yalnız rəsmi platformalardan əldə etmələri xahiş olunur.

Satış prosesinə yaxın günlərdə start verilməsi planlaşdırılır və bununla bağlı ən son məlumatlar klubun rəsmi kanallarında paylaşılacaq.

"Qarabağ"ı 10 dekabrda Tofiq Bəhramov adına Respublika Stadionunda canlı olaraq dəstəkləmək istəyən azarkeşlərə, biletlərin yüksək tələbat səbəbilə qısa müddətdə tükənə biləcəyini nəzərə alaraq, rəsmi məlumat axınını diqqətlə izləmələri tövsiyə edilir.


Etiketlər:  Qarabağdan Ayaksla matçdan öncə azarkeşlərə müraciət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ