Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şamaxı'' səfərdə ''Karvan-Yevlax''a qalib gəlib

''Şamaxı'' səfərdə ''Karvan-Yevlax''a qalib gəlib

Tarix: 7 Dekabr 2025 16:06

Misli Premyer Liqasının XIV turunda daha bir oyun keçirilib.

Sonxeber.net xəbər verir ki, günün yeganə qarşılaşmasında "Şamaxı" səfərdə "Karvan-Yevlax"a qalib gəlib -3:0.

Yevlax şəhər stadionunda baş tutan matçda qolları Oruc Məmmədov (60), Kərim Rossi (70) və Dioqo Balau (82) vurublar.

Şamaxı kollektivi 17 xalla turnir cədvəlinin yeddinci sırasında qərarlaşıb. 5 xalı olan yevlaxlılar isə sonuncu - on ikincidirlər.

Qeyd edək ki, turun açılış görüşündə "Zirə" "Qarabağ"la bərabərə qalıb - 1:1. Tura dekabrın 9-da yekun vurulacaq.


Etiketlər:  Şamaxı səfərdə Karvan Yevlaxa qalib gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ