Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2025 22:30
Xalq artisti Azərin səhhətində yaranan problemlərlə bağlı Türkiyədə əməliyyat olunub.
Sonxeber.net xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
Azərin bildirib ki, son günlər sağlamlıqla bağlı ağır bir dövr yaşayıb:
"Həyat bir sınaqdır və hər birimiz müəyyən zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemləri səbəbilə çətin günlərim oldu və əməliyyata qərar verdim. Artıq özümü daha yaxşı hiss edirəm. Bu müddətdə yanımda olan, mənə dəstək verən hər kəsə borcluyam. Xüsusilə dostum Fulya Öztürkə təşəkkür edirəm məni bir an belə yalnız qoymadı".