Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2025 00:15
Sümüklərin və qığırdaqların "gəncləşməsi" üçün yeni preparat hazırlanıb.
Stenford Universitetinin tədqiqatçıları yaşlanma ilə əlaqəli oynaq aşınmasını ləngidə bilən və 15-PGDH adlı fermentin fəaliyyətini zəiflədən eksperimental dərman üzərində işləyiblər.
Sonxeber.net Qazeta.ru-ya istinadən xəbər verir ki, araşdırmanın nəticələri Science jurnalında yayımlanıb.
Yaş artdıqca 15-PGDH fermentinin aktivliyi güclənir ki, bu da qığırdaq toxumasının tez sıradan çıxmasına və osteoartritin inkişafına səbəb olur. Yeni hazırlanan dərman fermentin təsirini bloklamaqla qığırdağın qorunmasına şərait yaradır.
Heyvanlar üzərində aparılan uğurlu sınaqlardan sonra alimlər artıq insanlarda klinik mərhələyə keçiblər. İlkin nəticələr göstərir ki, dərman qığırdaq strukturunun bərpasını stimullaşdırır və toxumaya yenidən sağlam, gənc xüsusiyyətlər qazandıra bilir.
Tədqiqatçılar bildirirlər ki, davam edən klinik sınaqlar xüsusilə ön çarpaz bağ zədəsi kimi ağır travmaların müalicəsində böyük perspektiv vəd edir, çünki bu tip xəsarətlər çox zaman oynaqda uzunmüddətli problemlərə səbəb olur.