Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2025 05:06
Alimlər şəkər diabetinin ağız və diş sağlamlığına birbaşa təsir etdiyini müəyyən ediblər. Araşdırmalara əsasən, diabetli şəxslərdə ağız quruluğu, diş çürüməsi, diş əti iltihabı, göbələk infeksiyaları və diş itkisi daha çox müşahidə olunur.
Sonxeber.net xəbərr verir ki, mütəxəssislər bildirirlər ki, qanda şəkərin yüksəlməsi damar və sinirlərə zərər verərək yaraların sağalmasını gecikdirir və infeksiyalara qarşı müqaviməti azaldır. Bu səbəbdən ağız boşluğu diabetin ən həssas və tez zədələnən bölgələrindən biridir.
Həkimlər vurğulayır ki, ağız sağlamlığındakı problemlər qanda şəkərə nəzarəti çətinləşdirir, nəzarətsiz şəkər isə geriyə təsir göstərərək diş və diş əti xəstəliklərini daha da ağırlaşdırır. Diabet zamanı tüpürcəkdəki şəkərin artması bakteriyaların sürətlə çoxalmasına və diş ətlərinin zədələnməsinə gətirib çıxarır.
Mütəxəssislər diabetli şəxslərə şəkərə nəzarəti gücləndirməyi, ağız gigiyenasına ciddi riayət etməyi və mütəmadi olaraq stomatoloqa müraciət etməyi tövsiyə edirlər. Bu yanaşma həm ümumi sağlamlığı yaxşılaşdırır, həm də diabetin idarə olunmasına mühüm dəstək verir.