Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İldırım çaxması zamanı bu əşyanı mütləq tokdan çıxarın

İldırım çaxması zamanı bu əşyanı mütləq tokdan çıxarın

Tarix: 9 Dekabr 2025 06:08

Son günlər qış mövsümünün başlaması ilə yağışlı hava, güclü leysan müşahidə olunur. Mütəxəssislər xəbərdarlıq edir ki, bu hava şəraiti təkcə insan sağlamlığı üçün deyil, həm də evlərdəki elektrik cihazları üçün ciddi təhlükə yaradır.

Sonxeber.net xəbər verir ki, mütəxəssislərə görə, ildırım çaxması nəticəsində yaranan elektrik dalğalanmaları minlərlə yanğın hadisəsinə yol açır. Xüsusilə şəbəkəyə qoşulu qalan və yüksək enerji ilə işləyən cihazlar risk faktorunu ikiqat artırır. Ttufan zamanı toka taxılı olan cihazlar - xüsusən də həddindən artıq enerji sərf edənlər - yanğın təhlükəsini artıran əsas amillərdir.

Mütəxəssislər bu cihazları dərhal şəbəkədən ayırmağı tövsiyə edir:

Toster və çörəkbişirənlər - İstifadədən sonra belə içindəki elektrik müqaviməti uzun müddət qalıq istilik saxlayır. Bu isə şimşəkli hava zamanı alovlanma riskini yüksəldir.

Mətbəx cihazları - yüksək temperaturla işləyən və davamlı enerji çəkən cihazlar tufan zamanı xüsusilə risklidir.

Kompüterlər, televizorlar, modemlər - ildırım vurması nəticəsində yaranan ani elektrik sıçrayışları bu cihazları sıradan çıxara və qığılcım yarada bilər.

Telefon adapterləri və powerbank-lar - davamlı şarjda qalması yanğın potensialını artırır.

Niyə şəbəkədən ayırmaq lazımdır?

Şimşək zamanı elektrik xəttində yaranan güclü gərginlik dəyişiklikləri cihazların içində qızmaya, qısaqapanmaya və nəticədə yanğına səbəb ola bilər. Bu səbəbdən mütəxəssislər tufan yaxınlaşanda istifadə olunmayan bütün cihazları prizdən çıxarmağı xüsusi vurğulayırlar.

Fidan


Etiketlər:  İldırım çaxması zamanı əşyanı mütləq tokdan çıxarın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ