Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının qonağı olan ''Selena''nın baxışları və hərəkəti müzakirə yaratdı - VİDEO

Bakının qonağı olan ''Selena''nın baxışları və hərəkəti müzakirə yaratdı - VİDEO

Tarix: 9 Dekabr 2025 09:20

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktrisası Sinem Kobal paxtaxt Bakının qonağı olub.

Sonxeber.net xəbər verir ki, şəhərimizə gəlmədən öncə o, Türkiyədə həyat yoldaşı, tanınmış aktyor Kenan İmirzalıoğlu ilə birlikdə iştirak etdiyi tədbirdə diqqət mərkəzinə düşüb.

Məlumata görə, gecə boyunca kameralara yansıyan görüntülərdə Sinem Kobalın üz mimikaları və jestləri sosial şəbəkələrdə geniş müzakirə olunub. Aktrisanın xüsusilə Kenan İmirzalıoğlu ilə salamlaşan bir kişi ilə bağlı reaksiyası izləyicilərin marağına səbəb olub.

Kadrlarda Sinemin həmin şəxsə baxışı, ardından göstərdiyi qeyri-adi mimikalar sosial mediada "Sinemin jestləri nə demək idi?", "Tədbirin ən maraqlı anı" kimi şərhlərə yol açıb.

Sosial şəbəkələrdə həmin anlar gündəmin ən çox paylaşılan videolarından birinə çevrilib.

Musa


Etiketlər:  Bakının qonağı olan Selenanın baxışları hərəkəti müzakirə yaratdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ