Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belçika yığmasının keçmiş futbolçusu vəfat etdi

Belçika yığmasının keçmiş futbolçusu vəfat etdi

Tarix: 9 Dekabr 2025 09:26

"Anderlext" klubunun və Belçika millisinin sabiq futbolçusu Qlen De Buk dünyasını dəyişib.

Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, 54 yaşlı keçmiş müdafiəçi beyin qanaması səbəbindən Antverpendə vəfat edib.

Ailəsinin verdiyi məlumata əsasən, De Buk evdə olarkən ağır beyin qanaması keçirib, dərhal komaya düşüb və bir daha ayılmayıb.

Qeyd edək ki, Qlen De Buk futbolçu kimi karyerası ərzində Belçika millisinin heyətində 36 oyun keçirib və bir qolun müəllifi olub. Futbolçu karyerasını başa vurduqdan sonra o, məşqçi kimi fəaliyyət göstərib və onun son çalışdırdığı komanda "Kortreyk" olub.

Hüseyn


Etiketlər:  Belçika yığmasının keçmiş futbolçusu vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ