Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın U-19 komandası Gənclər Liqasında son oyununa çıxır

''Qarabağ''ın U-19 komandası Gənclər Liqasında son oyununa çıxır

Tarix: 10 Dekabr 2025 09:58

Bu gün "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının Liqa mərhələsində sonuncu - 6-cı tur matçına çıxacaq.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi evdə "Ayaks"ı qəbul edəcək. Görüş "Azərsun Arena"da keçiriləcək və saat 15:00-da start götürəcək. Oyun Macarıstandan olan hakimlər briqadasına həvalə olunub.

Əlavə edək ki, 5 oyunun hamısında uduzan "Qarabağ" U-19 komandası 35-ci yeri tutur. "Ayaks" isə 7 xalla 19-cudur. Cədvələ 15 xala malik "Real" liderlik edir. 

UEFA Gənclər Liqası, 6-cı tur

15:00. "Qarabağ" U-19 — "Ayaks" U-19

Hakimlər: Marton Ruş, Gerqo Viq-Tarsonyi, Balaş Şalay, Cavid Cəlilov

"Azersun Arena"


Etiketlər:  Qarabağın komandası Gənclər Liqasında oyununa çıxır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ