Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2025 15:06
Bu gün Misli Premyer Liqasında 15-ci tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək..
Əvvəlcə "İmişli" Karvan-Yevlax"ı qəbul edəcək. Qubada keçiriləcək görüş saat 14:00-da başlayacaq. Komandaların ilk dövrədəki oyununda "İmişli" 3:0 hesablı qələbə qazanıb.
Günün və turun son matçında "Neftçi" "Sumqayıt"ı qəbul edəcək. Oyun saat 19:00-da start götürəcək. Bu komandaların ilk dövrədəki oyununda "Neftçi" üstün olub - 2:0. Bugünkü görüş "Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub üçün "ağ-qaralar"da debüt matçı olacaq.
15 dekabr (bazar ertəsi)
14:00. “İmişli” – “Karvan-Yevlax” - 1:1 (İkinci hissə)
Qol: Dioqo Almeyda, 29 (1:0), Vadim Abdullayev, 39 (1:1)
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Quba OİK stadionu
19:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Vüsal Məmmədov
“Palms Sports Arena”
13 dekabr (şənbə)
“Turan Tovuz” - “Sabah” - 1:3
“Şamaxı” - “Zirə” - 2:1
14 dekabr (bazar)
“Qarabağ” – “Araz-Naxçıvan” - 5:1
“Kəpəz” – “Qəbələ” - 1:0

Bombardirlər:
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 8 qol
Coy-Lens Mikels (“Sabah”) - 7 qol
Karim Rossi ("Şamaxı") - 6 qol
Toral Bayramov (“Qarabağ”) - 5 qol
Aleksandr Ramalinqom (“Sumqayıt”) - 5 qol