Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2019 21:52
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının sonuncu turunda mayın 12-i keçiriləcək "Brayton"la oyun öncəsi fikirlərini bildirib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Liverpul"dan 7 xal geri olduqları zaman çempionluq yarışına qayıdacağına gözləmədiyini etiraf edib: "Lider olmaq istəyirdik. Ancaq "Liverpul"dan 7 xal geridə olanda daha bunu gözləmirdim. Arzumuzu gerçəkləşdirdik. Bir çox şeyi sübut etdik və indi deyə bilərik ki, çempion olmaq şansımız var".
Qeyd edək ki, hazırda 95 xalla lider olan "Mançester Siti" ikinci pillədəki "Liverpul"u 1 xal qabaqlayır.