Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 14:30
İtaliya A Seriyasının son turunda keçirilən "Leççe" - "Bolonya" oyununda (2:3) xoşagəlməz hadisə yaşanıb.
Qol.az xəbər verir ki, epizodların birində qonaq komandanın yarımmüdafiəçisi Qari Medel rəqib futbolçu ilə mübahisə edib. Bunu görən "Bolonya"nın baş məşqçisi Sinişa Mixayloviç meydançaya daxil olaraq, oyunçusuna sərt şəkildə iradını bildirib.
Nəticədə çilili futbolçu ilə baş məşqçi arasında mübahisə yaranıb. Hətta onlar əlbəyaxa olublar. Digər futbolçular onları sakitləşdirib.