Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 14:06
“Başakşehir” futbolçusu Arda Turanla yolları ayırıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, onunla bu mövsümün sonunda başa çatacaq icarə müqaviləsi vaxtından əvvəl qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Bildirilib ki, müqavilə ilə “Barselona”ya məxsus olan 33 yaşlı yarımmüdafiəçi İstanbul təmsilçisinin rəhbərliyinə başqa kluba keçmək istədiyini bildirib. Bundan sonra tərəflər yolları ayırmağa qərar veriblər.
Qeyd edək ki, A.Turanın karyerasını “Qalatasaray”da davam etdirəcəyi iddia olunur.