Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beqoviç ''Bornmut''a qayıtdı - Şəkil

Beqoviç ''Bornmut''a qayıtdı -  Şəkil

Tarix: 10 Yanvar 2020 10:18

"Qarabağ"dan ayrılan Asmir Beqoviç müqavilə ilə məxsus olduğu "Bornmut"a qayıdıb.

Qol.az xəbər verir ki, bosniyalı qapıçı Premyer Liqa klubu ilə məşqindən olan şəklini şəxsi İnstagram hesabında paylaşıb.

Bonsiya və Hersoqovina mətbuatı da 32 yaşlı qolkiperin "Bornmut"a qoşulduğunu və məşqlərdə iştirak etdiyini yazıb. Xəbərdə bildirilir ki, “Bornmut”da gələcəyi qeyri-müəyyən olan Beqoviç klubunu dəyişəcək.

Qeyd edək ki, Britaniya mətbuatında Beqoviçin "Vest Hem"ə keçəcəyi haqda da xəbərlər yayılmışdı.

Xatırladaq ki, təcrübəli qolkiper sentyabr ayında 4 aylıq icarə əsasında "Qarabağ"a keçmişdi. O, Ağdam klubunda 2019-cu ilin sonuna qədər oynayıb və 17 oyuna 16 qol buraxıb.




 


Etiketlər:  Beqoviç Bornmuta qayıtdı Şəkil


RƏYLƏR