Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pepe Reyna yenidən Premyer Liqada - Rəsmi

Pepe Reyna yenidən Premyer Liqada -  Rəsmi

Tarix: 14 Yanvar 2020 01:02

"Milan"ın ispaniyalı qapıçısı Pepe Reyna İngiltərə Premyer Liqasına qayıdıb.

Qol.az xəbər verir ki, 37 yaşlı qapıçı "Aston Villa"ya keçib. Birmingem təmsilçisi təcrübəli qolkiperi mövsümün sonuna qədər icarəyə götürdüyünü açıqlayıb.

Reyna 2005-2014-cü illərdə "Liverpul"da 395 oyun keçirib.

Xatırladaq ki, "Milan" Reynanın əvəzində mövsümün ilk yarısını “Qarabağ”da keçirən, müqavilə ilə İngiltərənin “Bornmut” klubuna məxsus olan Asmir Beqoviçi heyətinə cəlb edib.

 


Etiketlər:  Pepe Reyna yenidən Premyer Liqada Rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ