Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2020 11:38
UFC-nin sabiq çempionu Konor Makqreqor titulun sahibi Həbib Nurmaqamedovla Moskvada qarşılaşmaq istədiyini növbəti dəfə açıqlayıb.
Qol.az xəbər verir ki, bu barədə o, ESPN-ə müsahibəsində deyib:
“Bu ili Həbiblə Moskvada görüşlə bitirmək istərdim. Bu, baş verməlidir. Mən Moskvada olmuşam. Gözəl şəhərdir. Həbib məndən qaça bilər, ancaq gizlənə bilməz”.
Xatırladaq ki, Həbib və Konor 2018-ci ilin oktyabrnda qarılaşıblar. Həmin görüşdə dağıstanlı idmançı 4-cü raundda qələbə qazanıb. Bundan sonra Konor onu yenidən döyüşə çağırıb.Həbib Nurmaqamedovun meneceri Əli Abdel-Əziz isə Makreqorla döyüşün onları maraqlandırmadığını söyləyib.