Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi" Antalya toplanışını qələbəsiz başa vurdu

Tarix: 24 Yanvar 2020 19:56

Təlim-məşq toplanışını Antalyada davam etdriən “Neftçi” bu gün sonuncu yoxlama oyunun çıxıb.

Qol.az xəbər verir ki, “ağ-qaralar” Ukraynanın “Desna” klubu ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub. "Neftçi"nin qolunu 66-cı dəqiqədə Stiven Monroz vurub. “Desna” isə 38 və 45-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, "Neftçi" bundan əvvəlki hər iki yoxlama oyununda məğlub olmuşdu. Paytaxt təmsilçisi ilk matçda Polşanın “LSK Lodz” komandasına 0:4, ikinci görüşündə isə “Dinamo”ya (Kiyev) 1:2 hesabı ilə məğlub olub.

Yoxlama oyunu

18:00 “Neftçi” – “Desna” - 1:2

 


Etiketlər:  Neftçi Antalya toplanışını qələbəsiz başa vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ