Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimizdən ardıcıl üçüncü qalibiyyət

Millimizdən ardıcıl üçüncü qalibiyyət

Tarix: 27 Yanvar 2020 20:14

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət milli komandamız hazırlıq çərçivəsində bu gün sonuncu yoxlama matçına çıxıb.

Qol.az xəbər verir ki, rəqib Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması olub. Matç millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.U-19-un heyətindən Mustafa Yıldırım və Samir Abdullayev fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında yanvarın 25-də keçirilmiş oyunda yığmamız 2:0 hesablı qələbə qazanıb. Komandamız ondan öncə Türkiyənin “Alanyaspor” klubunun U-19 komandasını da 4:2 hesabıyla məğlub etmişdi.
 


Etiketlər:  Millimizdən ardıcıl üçüncü qalibiyyət


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ