Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Görünür ki, çempionat çətin keçəcək'' - İsmayıl İbrahimli

''Görünür ki, çempionat çətin keçəcək'' - İsmayıl İbrahimli

Tarix: 3 Fevral 2020 00:12

"Qarabağ"ın futbolçusu İsmayıl İbrahimli Azərbaycan Premyer Liqasının 15-ci turunda "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnastərin suallarını cavablandırıb. O, əvvəlcə matç haqda danışıb.

- Vacib qələbə idi. Oyuna ciddi hazırlaşmışdıq. Dövrənin ilk oyunundan görünür ki, çempionat çətin keçəcək. Rəqiblərimiz də yaxşı hazırlaşır. "Səbail" də yaxşı oyun nümayiş etdirdi.

- Sanki "Qarabağ" ikinci hissədə təşvişli oynayırdı, tələskənlik edirdi. Bu, qol vura bilməyinizə görə idi?

- Kənardan elə görünə bilər. Qalib gəlmək istəyirdik. Şükürlər olsun ki, oyunun sonuna az almış qələbə qolunu vura bildik.

- Artıq əsas heyətdə yerinizi təmin etmisiniz.

- Xeyr, belə demək olmaz. Hər oyun əlimdən gələni etməyə çalışıram.

- Növbəti turda "Neftçi" ilə qarşılaşacaqsınız. Azərbaycan derbisidir. Necə düşünürsünüz, qələbə seriyasını davam etdirmək olacaqmı?

- Çalışacağıq ki, qalib gələk. Alınsa, yaxşı olar. İnşallah, qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.

 


Etiketlər:  Görünür çempionat çətin keçəcək İsmayıl İbrahimli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ