Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA-dan yeni mükafat - Çempionlar Liqasında

UEFA-dan yeni mükafat - Çempionlar Liqasında

Tarix: 17 Fevral 2020 14:06

UEFA Çempionlar Liqasının ən yaxşı oyunçusu üçün mükafat təsis edib.

Qol.az xəbər verir ki, bu haqda qurumun saytı məlumat yayıb. Mükafat bu il ÇL-in 1/8 final mərhələsindən başlamaqla veriləcək.

Laureatları matçlarda iştirak edən UEFA-nın texniki müşahidəçiləri müəyyən edəcək. Müşahidəçilər kimi İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt, Belçika miliisinin baş məşqçisi Roberto Martines, İngiltərə millisinin (qadın) məşqçisi Fil Nevill, İrlandiya millisinin sabiq hücumçusu Robbi Kin, “Real”ın sabiq müdafiəçisi Aytor Karanka, İrlandiya millisinin sabiq qapıçısı Pgki Bonner, İspaniya U-17 və U-19 millisinə Avropa çempionluğunu qazandıran Xines Melendes, avstriyalı məşqçi Villi Ruttenştayner daxildir.

Matçın ən yaxşı futbolçusu mükafatını (şəkildəki) oyundan dərhal sonra alacaq.

Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyunlar sabah keçiriləcək.

 


Etiketlər:  UEFA dan yeni mükafat Çempionlar Liqasında


RƏYLƏR