Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' yüksək tonla danışmasın'' - Qvardiola

''Barselona'' yüksək tonla danışmasın'' - Qvardiola

Tarix: 20 Fevral 2020 12:06

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın prezidenti Jozep Bartomenin feyr-pley haqda fikirlərini şərh edib.

Qol.az xəbər verir ki, klub rəhbəri UEFA-nı "Mançester Siti"ni iki mövsümlük avrukuboklardan kənarlaşdırılması ilə bağlı verdiyi cəzaya və maliyyə feyr-pley qaydalarını izlədiyinə görə təbrik edib. O, klubunun bu qaydalara sadiq qaldığını bildirib.

Qvardiola İngiltərə Premyer Liqasının 26-cı turunda "Vest Hem"lə görüşdən (2:0) bununla bağlı fikirlərini bildirib: "Barselona"nın gizli şəkildə mənə casusluq edib-etmədiyini bilmirəm. Mənə casusluq etməyə ehtiyac yoxdur. Əgər "Barselona" bizim avrokuboklardan uzaqlaşdırılmağımıza şaddırsa, prezidentdən bizə qərardan şikayət etmək üçün vaxt verməsini xahiş edirəm. Apellyasiya şikayəti edəyəcəyik və ümid edirəm ki, gələcəkdə Çempionlar Liqasında "Barselona"ya qarşı oynaya biləcəyik. "Barselona"ya tövsiyəm odur ki, çox yüksək tonla danışmasınlar, çünki hər kəsin adının hallandığı bir neçə hadisə var".

Qeyd edək ki, Kataloniya təmsilçisinin klub rəhbərliyinin imicini qorumaq, həmçinin klubun bəzi keçmiş və hazırkı oyunçuları tənqid etmək üçün 1 milyon avroya şirkət işə götürdüyü iddia olunur.Şirkət vasitəsi ilə sosial şəbəkələrdə tənqidə məruz qalanlardan birinin də məhz Qvardiola olduğu bildirilir.

 


Etiketlər:  Barselona yüksək tonla danışmasın Qvardiola


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ