Tarix: 23 May 2019 01:16
FİFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında komanda sayı ilə bağlı qərarını verib.Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, mundialda ənənəvi olaraq 32 komanda iştirak edəcək.
Daha əvvəl FİFA prezidenti Canni İnfantino DÇ-2022-də 48 komandanın iştirakının mümkünlüyü bildirmişdi. Ali futbol qurumunun son açıqlamasında isə təşkilatçı ölkənin əlavə oyunları keçirmək üçün kifayət qədər vaxtı olmadığından qaydaların dəyişdirilməyəcəyi qeyd olunub.
Həmçinin, mundialın bəzi oyunlarının Qətərdən kənarda keçirilməsi təklifi də qəbul olunmayıb.
Qeyd edək ki, 1998-ci ildən dünya çempionatı 32 komandanın iştirakı ilə keçirilir.
Əlavə edək ki, DÇ-2022 ilk dəfə payız-qış aylarında - 21 noyabr – 18 dekabr aralığında keçiriləcək.