Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəsmilər koronavirusla bağlı suallara cavab verir - CANLI YAYIM

Rəsmilər koronavirusla bağlı suallara cavab verir - CANLI YAYIM

Tarix: 28 Fevral 2020 18:04

18:01

Bu gün ölkədə aşkarlanan ilk koronavirus xəstəsi 1997-ci il təvəlüdlü Rusiya vətəndaşıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, xəstə sərhədi keçərkən məlumat verib: "Xəstə dərhal nəzarətə götürülüb. Hazırda karantində saxlanılır. Vəziyyəti stabildir, ağırlaşma yoxdur. Artıq xəstədən müavinələr olunub. Analizlər götürülüb. Həmin xəstə xüsusi boks şəraitində saxlanılır".

----------

17:01

Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərargah koronavirusla bağlı jurnalistlərin suallarını cavablayır.

Qeyd edək ki, bu gün Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Milli.Az


Etiketlər:  Rəsmilər koronavirusla bağlı suallara cavab verir CANLI YAYIM


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ