Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizin 2 bayraqdarı olacaq - İlk dəfə Tokio-2020-də

Millimizin 2 bayraqdarı olacaq -  İlk dəfə Tokio-2020-də

Tarix: 5 Mart 2020 21:44

Beynəlxalq Olimpiya Komitəsinin icrayyə  komissiyasının Tokio -2020 Yay Olimpiya Oyunlarının açılışında hər ölkədən 2 bayraqdarın olması haqda qərar verib.

Azərbaycan Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, bu qərar müsbət qiymətləndirib.  

Bu haqda Beynəlxalq Olimpiya Komitəsinin İcrayyə Komissiyasının qərarını şərh edən Milli Olimpiya Komitəsinin  vitse-prezidenti Çingiz Hüseynzadə bildirib. Beynəlxalq Olimpiya Komitəsi gender bərabərliyinin tənzimlənməsi məqsədilə Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində kişi və qadın bayraqdarın olmasının vacibliyini vurğulayıb və bu məqsədlə Milli Olimpiya Komitələrinə müraciət edib. Çingiz Hüseynzadənin sözlərinə görə, Olimpiya oyunlarında bayraqdar statusu qazanmaq  idmançılar üçün çox əhəmiyyətlidir. Beynəlxalq Olimpiya Komitəsinin bu tarixi qərarını dəstəkləyən Azərbaycan, Yay Olimpiya Oyunlarında ölkənin ilk qadın bayraqdarının seçilməsinə xüsusi həssaslıqla yanaşacaq.

Qeyd edək ki, Olimpiya tarixində Nazim Hüseynov, Nizami Paşayev, Fərid Mansurov, Elnur Məmmədli, Teymur Məmmədov,  Sergey Rılov, İqor Lukanin və başqa nüfuzlu idmançılar bayraqdar olaraq açılış  mərasimlərində Azərbaycanı təmsil ediblər.

 


Etiketlər:  Millimizin bayraqdarı olacaq İlk dəfə Tokio 2020


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ