Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Poqba ''Yuventus'' forması ilə məşq etdi - Video

Poqba ''Yuventus'' forması ilə məşq etdi - Video

Tarix: 19 Mart 2020 13:04

"Mançester Yunayted"in futbolçusu Pol Poqba karantində olduğu müddətdə necə məşq etməsi ilə bağlı sosial şəbəkədə video yayımlayıb.

Qol.az xəbər verir ki, məşq zamanı "Yuventus" forması geyinən fransalı yarımmüdafiəçi video vasitəsi ilə İtaliyadakı həmkarlarına dəstək nümayiş etdirib.

P.Poqba videonu paylaşan zaman bu sözləri yazıb: "Yuventus" və "Sampdoriya"dakı Blez Matyuidi və Albin Ekdal kimi dostlarımı, habelə bu çətin anla qarşılaşan bütün idmançılar və insanları dəstəkləyirəm. Güclü olun, evdə qalın və özünüzü qoruyun".

Qeyd edək ki, Fransa millisinin üzvü 2012-2016-cı illərdə də “Yuventus”da çıxış edib. Onun Turin klubuna qayıda biləcəyi ilə bağlı iddialar yayılıb.


 


Etiketlər:  Poqba Yuventus forması ilə məşq etdi Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ