Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 15:14
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç onun heykəlinə qarşı edilən vandalizm aktına münasibət bildirib.
Ötən il Zlatanın doğma klubu “Malmö” şəhərdə ona heykəl ucaldıb. Bir müddət sonra futbolçu digər İsveç klubu “Hammarbü”nin sahiblərindən biri olub. Bu isə bir qrup “Malmö”lü azarkeşin xoşuna gəlməyib və bir neçə dəfə onun heykəlinə hücum olub.
Qol.az xəbər verir ki, İbrahimoviç hadisəni ölkəsinin “dplay” portalına müsahibəsində şərh edib. O deyib:
“Təəssüf. Bunu edən insanlar diqqət çəkmək, mətbuatın onlardan yazmasını istəyir. Bu, uşaq baxçası səviyyəsində hərəkətdir. Mən isə böyük oyunçuyam. Heykəldir. Onu sökdülər, sildilər. Amma bu o demək deyil ki, mənim varlığım, hekayəm tarixdən silinəcək. Bunlar əbədi qalacaq”.