Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2020 11:26
PSJ Fransa çempionatının qalibi olmalarına münasibəti ilə futbolçuları bahalı hədiyyə verəcək.
Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisinin hər bir futbolçusuna 24 karatlıq qızılla örtülmüş telefon hədiyyə ediləcək. Telefonların üzərində futbolçuların adları və forma nömrələri yazılacaq.
Qeyd edək ki, Fransa liqası koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılıb və PSJ çempion elan olunub.
Yuxarı