Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2020 14:03
“Facebook”un direktoru Mark Zukerberq dünyada internetin Çin modelinin yayılmasının qarşısını almağa səsləyib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, Belçikanın “CERRE” müzakirə platforması tərəfindən tərtib edilmiş teledebat zamanı Zukerberq deyib ki, Çin modeli insan hüquqlarına məhəl qoymur.
"Bu, (Çin modelinin yayılması) həqiqətən təhlükəlidir. Mən belə bir modelin digər ölkələrə yayılmasından narahatam" – “Politico” qəzeti Zukerberqin sözündən sitat gətirib.
Çin əvvəllər ABŞ-ın insan hüquqları sahəsi ilə bağlı tənqidlərini təkzib edirdi və özü də ABŞ-da insan hüquqları vəziyyətini tənqid edən hesabatlar çıxarırdı.
Emil Hüseynov