Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Samsung Galaxy Note 20+ smartfonu hansı kamera göstəricisinə sahib olacaq?

Samsung Galaxy Note 20+ smartfonu hansı kamera göstəricisinə sahib olacaq?

Tarix: 21 May 2020 23:24

İnternetdə Galaxy Note 20 smartfon seriyası barəsində məlumatlar çıxmağa davam edir. Galaxy Club saytının əməkdaşları öz mənbələrinə istinadən xəbər veriblər ki, sözügedən smartfon seriyasının Galaxy Note 20+ modeli Galaxy S20 Ultra kimi 108 MP-lik arxa kamera ilə təchiz olunacaq. Çox güman ki, bu, Samsung-un ISOCELL Bright HM1 kamera sensoru olacaq.

Qeyd etmək lazımdır ki, sözügedən kamera sensoru saniyədə 24 kadr sürətlə 8K keyfiyyətli videolar və HDR fotolar çəkə bilir. Adi Galaxy Note 20 modeli dəqiq şəkildə bu cür kamera sensorunu əldə etməyəcək. Ənənə üzrə Galaxy Note 20 smartfon seriyası avqust ayında təqdim olunmalıdır. Bundan əlavə olaraq Samsung şirkəti avqust ayında Galaxy Note 20 seriyası ilə birlikdə qatlana bilən Galaxy Fold 2 smartfonunu da təqdim edə bilər..

Milli.Az


Etiketlər:  Samsung Galaxy Note 20 smartfonu hansı kamera göstəricisinə sahib olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ