Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zidan və İskonun evi qarət olundu - Madriddə növbəti oğurluq

Zidan və İskonun evi qarət olundu - Madriddə növbəti oğurluq

Tarix: 12 Iyun 2019 18:52

"Real"ın baş məşqçisi Zinəddin Zidan və yarımmüdafiəçisi İskonun evləri qarət olunub.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hadisə onlar evdə olmadığı vaxt baş verib. Cinayətin detalları barədə hələlik ətraflı məlumat verilmir.

"Real" rəhbərliyi futbolçulara təhlükəsizlik tədbirlərini gücləndirməyi və evdə çəkilmiş şəkillərini sosial şəbəkələrdə paylaşmamağı tövsiyyə edib. Rəhbərlik bu cür halların oğrulara kömək etdiyini düşünür.

Qeyd edək ki, bu, İspaniyada futbolçulara qarşı törədilən ilk belə hadisə deyil. Buna qədər Jordi Alba, Kevin-Prins Boatenq, Kərim Benzema, Xoakin, Jerar Pike, Esekiel Qaray, Coffre Kondoqbia və Alvaro Moratanın da evləri qarət olunub.

 


Etiketlər:  Zidan İskonun evi qarət olundu Madriddə növbəti oğurluq


RƏYLƏR