Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Karantin rejimin pozub İsmayıllıya istirahətə gələnlər aşkarlandı (FOTO)

Karantin rejimin pozub İsmayıllıya istirahətə gələnlər aşkarlandı (FOTO)

Tarix: 5 Iyul 2020 17:27

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə növbəti reyd keçirilib.

DİN Mətbuat Xidmətinin yerli regional qrupundan Trend-ə verilən məlumata görə, reyd zamanı yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələri saxlanılıb, planşetlə sürücü və sərnişinlər yoxlanılıb. İcazələri olmadan və yaxud iş üçün icazəsi olub, istirahət məqsədilə rayon ərazisinə gələn şəxslər aşkar edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Karantin rejimin pozub İsmayıllıya istirahətə gələnlər aşkarlandı (FOTO) - Gallery Image


Etiketlər:  Karantin rejimin pozub İsmayıllıya istirahətə gələnlər aşkarlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ